T.Ü.F.D PƏRVİZ ASLANOV - Lor cərrah Lor həkimi Dr. Parviz Aslanov burun emeliyyatı, əməliyyatın aparılma metodikası, əməliyyat sonrası diqqətə alınması vacib, revizion burun estetikasının ən yaxşı həkimi

T.Ü.F.D PƏRVİZ ASLANOV

T.Ü.F.D PƏRVİZ ASLANOV

1981-ci ildə Azərbaycan respublikası, Kəlbəcər şəhərində doğulmuşdur. 1999-2005 -ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.

Universiteti bitirdikdən sonra 2006-2014-cü illərdə Respublika Klinik Xəstəxanasında Otorinolarinqoloq kimi çalışmışdır. Daha sonra Lor Hospitalda Baş həkim, Direktor olmuşdur. Hal hazırda Bakı Sağlamlıq Mərkəzi və West Hospitalda otorinolarinqoloq və estetik burun cərrahı vəzifəsində işləyir.

Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun doktorantı olmuş elmi tətqiqat işləri aparmışdır.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Otorinolarinqologiya ixtisasında TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi almışdır.

15 ildir sadəcə burun sağlamlığı və estetikası ilə məşğul olan t.ü.f.d. Pərviz Aslanov dünyanın hər yerindən, eləcədə Azərbaycanın hər bölgəsindən gələn pasiyentlərini çox yüksək keyfiyyətlə yeni burunlarına qovuşdurmuş, burun estetikası mövzusunda bir çox ilklərə imza atmışdır. Həm Azərbaycanda həm də xarici ölkələrdə çox yüksək pasiyent məmnuniyyəti ilə tanınır.

Xususi ilə son 5 ildə yerli və dünyanın bir çox ölkələrində (Amerika, Brazilya, Almaniya, İtaliya, Türkiyə və s.) 40-dan çox elmi toplantılarda məruzəçi və iştirakçı olmuşdur. Bu konfranslarda əsasən qabaqcıl texnikalar, ən son texnologiyalar, rinoplastika və revizyon rinoplastikada yeni fəlsəfələr və piezo texnologiyası ilə əlaqəli çıxışlarında gənc cərrahlarla rinoplastikaya doğru yanaşmanın təməlləri, təcrübəli cərrahlarla isə daha müasir texnikləri müzakirə etmişdir.

Son illərdə bütün dünyada rinoplastika mövzusunda ən problemli mövzular olan:

● Burun Ucunun düzəldilməsində qreftlərin istifadəsi
● Qalın dərili və incə dərili olan xəstələrdə uzunmüddətli nəticələrin yaxşı alınması
● Revizyon rinoplastikada endoskopik qabırğa qığırdağının daha az iz və az ağrı ilə alınması

● Rinoplastikada müasir texnoloji avadanlıqların tətbiqi (Piezo və Tur) mövzuları ilə bağlı elmi araşdırmalarını davam etdirir və məqalələri dünyanın ən yaxşı elmi jurnallarında dərc olunur.

● Piezo (Ultrasonik) Rinoplastika texnikasını dünyanın dördüncü ölkəsi olaraq Azərbaycanda ilk tətbiq edən həkimdir.

Pərviz Aslanov və Komandasının Kliniki Xidmət Fəlsəfəsi:

Xəstələrimizin arzu və istəklərini tam olaraq anlamaq onlara gülərüz və təcrübəli bir komanda ilə həm əməliyyat öncəsi məlumatlandırma və planlamada həm də əməliyyat sonrası kontrol müayinələrdə ən yaxşı xidməti vermək.

Burun estetikası və sağlığı mövzusunda uzun illərdir bir arada işləyən bir komandamızın olması bizə müraciət edən pasiyentlərin bütün problemlərinin həll olunmasını təmin edir. Bugünə qədər Pərviz Aslanovu seçən 5000-dən artıq pasiyentimizin komandamıza öyrətdiyi ən önəmli məsələ onlara özəl yanaşmanın vacibliyidir.

Cərrah olaraq fəlsəfəm, iş prinsipim hər pasiyent üçün mümkün ola biləcək ən yaxşı nəticəni almaq, bunun üçün əməliyyatlara vaxt məhdudiyyəti qoymamaqdır. Ən yaxşı nəticəni ala bilmək üçün pasiyentlə birgə yeni burunun planını hazırlayıram. Bu mənə əməliyyatın ən incə detalını öncədən planlaşdırmağa kömək edir.

Komandamız bir ailə kimidir. Pasiyentlərimiz üçün ən yaxşısını istəyən, onları təkcə fiziki deyil, eyni zamanda psixoloji olaraq da əməliyyata hazırlayan bir komandayıq. Uzun illərdi bir yerdə olduğumuz üçün demək olar ki, danışmadan gözlərimizlə unsiyyət qura bilirik. Beləliklə, uzun müddət birlikdə və yalnız burun estetikası üzrə ixtisaslaşmış bir komandaya sahib olmağımız bütün hallarda xəstə məmnuniyyətinə diqqət yetirməyə və həmişə ilk növbədə xəstəni düşünməyə imkan verir. Bizim pasiyentlərimiz Mən və Rino Baku komandası üçün çox dəyərlidir.

Özəl olaraq icra etdiyim əməliyyatlar:

● ULTRASONİK (PİEZO) RİNOPLASTİKA
● AÇIQ RİNOPLASTİKA
● QAPALI RİNOPLASTİKA
● ELASTİK RİNOPLASTİKA
● DELIVERY RİNOPLASTİKA
● KARMA RİNOPLASTİKA
● POLİQON RİNOPLASTİKA
● LET DOWN RİNOPLASTİKA
● PUSH DOWN RİNOPLASTİKA
● DIAMOND RİNOPLASTİKA
● PRESERVATION RİNOPLASTİKA
● PRECISION RİNOPLASTİKA

Üzv olduğum yerli və Beynəlxalq Cəmiyyətlər:

Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti

Türkiyə Üz Fasial Plastik Cərrahi Dərnəyi

Türk Qulaq Burun Boğaz və Baş Boyun Cərrahi Dərnəyi

Avropa Fasial Plastik Cərrahi Dərnəyi

Dünya Fasial Plastik Cərrahi Dərnəyi

 

İştirak etdiyi konfranslar və kurslar:

2008, 2009, 2010-cu illərdə “Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında Tıp və Sağlık Alanında İşbirliğine İlişkin Protokol” çərçivəsində Səhiyyə Nazirliyinə bağlı Dışkapı Yıldırım Beyazıt Eğitim və Araştırma Hastanesinin Kulak-Burun-Boğaz (KBB) şöbəsi

2009-cu ildə Konya Selcuk Universitetinin Meram Tıp fakültəsi.

14-17 may 2015-ci il tarixlərində America-Chicago – da keçirilən “Advances in Rhinoplasty Meeting”

11-14 may 2016-cı il tarixlərində Rio-de-Janeyro – Brazilyada keçirilən “8th World Congress of Facial Plastic Surgery”

26-27 aprel 2015 tarixləri arasında Almaniyada keçirilən keçirilən ” 3. Uygulamalı Rinoplasti və Yaşlı Yüz Cerrahisi Kadavra Kursu”

30 sentyabr-1 oktyabr 2011ci il tarixləri arasında Azərbaycanda keçirilən “Türkdilli Ölkələr və Türk Toplumlarının 1. Konqresi”

26-30 oktyabr 2011-ci il tarixləri arasında Türkiyədə keçirilən “33. Türk Ulusal Kulak Burun Boğaz və Baş boyun Cerrahisi Kongresi”

24-27 may 2012-ci il tarixləri arasında Türkiyəde keçirilən “ 8.Türk Rinoloji Kongresi”

10-14 oktyabr 2012-ci il tarixləri arasında Türkiyədə keçirilən “34 Turk Ulusal Kulak Burun Boğaz və Baş Boyun Cərrahisi Kongresi”

08-12 noyabr 2013-cü il tarixləri arasında Türkiyədə keçirilən “10th İnternational Rhino Camp Meeting” konqresi

02-06 noyabr 2013-cü il tarixi arasında Türkiyədə keçirilən “35. Türk Ulusal Kulak Burun Boğaz və Baş Boyun Cerrahisi Kongresi”

05-09 noyabr 2014-cu il tarixləri arasında Türkiyədə keçirilən “36. Turk Ulusal Kulak Burun və Baş Boyun Cərrahisi Kongresi”

22-25 may 2014-ci il tarixləri arasında Türkiyədə keçirilən “10. Türk Rinoloji Kongresi”

16-19 aprel 2015-ci il tarixləri arasında Türkiyədə keçirilən “11. Türk Rinoloji Kongresi”

15-17 yanvar 2016-cı il tarixləri arasında keçirilən “Yüz Plastik Cerrahi Derneğı 10. Ulusal Toplantısı”

19 oktyabr 2011-ci il tarixində Türkiyədə keçirilən “Tiroid və Paratiroid Hastalıklarına Güncel Yaklaşım” toplantısı.

18-19 mart 2017-ci il tarixlərində Türkiyədə keçirilən “Rhinoplasty Society of Europe Cadaver Course, İstanbul”

2-4 iyun 2017-ci il tarixlərində Türkiyədə keçirilən “Rhinoplasty workshop”

24-25 noyabr 2017-ci il tarixlərində Türkiyədə keçirilən “Karma Rinoplasti”

28 noyabr 2017-ci ildə Gəncədə keçirilən “Rhinoplasty School”

12-14 oktyabr 2018-ci il tarixlərində Belqrad-Serbiada keçirilən “Rhinoplasty Video Symposium”

14-16 iyun 2019-cu il tarixlərində Türkiyədə keçirilən “Rhinoplasty workshop”

5-7 dekabr 2019-cu il tarixlərində Türkiyədə keçirilən “Yüz Plastik Cerrahi Derneğı 13. Ulusal Toplantısı”

18-19 yanvar 2020-ci il tarixlərində Türkiyədə keçirilən “All in one Rhinoplasty Live Surgery Symposium”

12-13 dekabr 2020-cu il tarixlərində Türkiyədə keçirilən “14. Ulusal ve 1. Sanal Yüz Plastik Cerrahi Kongresi”

11-13 iyun 2021-ci il tarixlərində Türkiyədə keçirilən “Structure-preservation Rhinoplasty Conference Istanbul”

26-28 noyabr 2021-ci ildə Ankarada keçirilən “Yüz Plastik Cerrahi Derneğı 15. Ulusal Kongresi”

2-3 iyun 2023 tarixlərində Bakıda keçirilən “Azərbaycanın Rinoloqlarının 1-ci Beynəlxalq Konqresi”

23-24 iyun 2023 tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Lor hospitalın 10-cu ilində həyata keçən “2-ci Otolarinqoloji Simpozium”

29 iyun – 2 iyul 2023 tarixlərində Berlin – Almanyada keçirilən “3rd Joint International Meeting of Rhinoplasty Societies”

T.Ü.F.D PƏRVİZ ASLANOV

1981-ci il 18 aprel tarixində Kəlbəcər rayonunda anadan olmuşdur.

1998-ci ildə Kəlbəcər rayon 101 nömrəli orta məktəbi bitirmişdir.

1999-2005-ci il tarixində Azərbaycan Tibb Universitetində təhsil almışdır.

2005-2006-cı ildə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Lor şöbəsində internatura kursu keçmişdir.

2006-2007-ci ildə Suraxanı Uşaq Poliklinikasında həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2007-2014-cü ildə Respublika Klinik Xəstəxanasında Lor şöbəsində həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2011-2013-cü ildə Medical Plazada həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2013-2014-cü ildə City Hospitalda Baş həkimin müavini həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2014-2017 -ci illərdə Lor Hospitalda Baş həkim, Direktor vəzifələrində çalışmışdır.

2017-2018 -ci illərdə Grand Hospitalda həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2018-2019 -ci illərdə Leyla Şıxlinskaya Klinikasında həkim otorinolarinqoloq vəzifəsində çalışmışdır.

2019-2020 -ci illərdə Baku City Hospitalda Baş həkimin müavini vəzifəsində çalışmışdır.

Hal-hazırda Bakı Sağlamlıq Mərkəzi və West Hospitalda həkim otorinolarinqoloq vəzifəsində çalışır. Eyni zamanda “Rino Baku” Estetik Burun Mərkəzinin rəhbəridir.

 

Assistent
istiqamətlər