BURUN ESTETİKASI / BURUN SAĞLAMLIĞI - Lor cərrah Lor həkimi Dr. Parviz Aslanov burun emeliyyatı, əməliyyatın aparılma metodikası, əməliyyat sonrası diqqətə alınması vacib, revizion burun estetikasının ən yaxşı həkimi

BURUN ESTETİKASI / BURUN SAĞLAMLIĞI

BURUN ESTETİKASI / BURUN SAĞLAMLIĞI

T.Ü.F.D Pərviz Aslanov rinoplastikada innovativ üsullardan istifadə edərək qapalı rinoplastika və revizyon rinoplastika, xüsusilə açıq rinoplastika sahələrində fəaliyyətini davam etdirir. Təxminən 15 ildir rinoplastika ilə bağlı araşdırmalarını davam etdirən Dr. Pərviz Aslanov burun sağlamlığının və funksional quruluşunun qorunmasına önəm verərək xəstələrinin gözəlliklə bağlı arzularının yerinə yetirilməsinə böyük diqqət yetirir.

Burun tənəffüs sisteminin sağlam fəaliyyətini, nəfəs almağımızı, nəfəs aldığımız havanın təmizlənməsini, ağciyərlərin və bronxların düzgün işləməsi üçün müvafiq rütubət və temperatur səviyyəsində qalmasını təmin edən və qoxu funksiyasını yerinə yetirən orqandır.

Burunda olunan cərrahi müdaxilənin iki əsas səbəbi var: sağlamlıq problemləri və gözəllik, yəni estetik narahatlıqlar. Hər iki səbəbin həll yolu üçün xəstənin ən yaxşı həkimi tapması və yaşadığı problemləri çox gözəl ifadə etməsi vacibdir. Burun ortada, yəni üzün mərkəzi nöqtəsində yerləşdiyi üçün üzə ifadə verən ən diqqət çəkən orqanlardan biridir. Estetik səbəblərdən rinoplastikaya müraciət edən xəstələrin istəklərinin əsasında bu əməliyyatın üz ifadələrinə xarakterik istiqamət verməsi durur. Rinoplastika sahəsində 15 illik təcrübəsi olan T.Ü.F.D Pərviz Aslanova sırf estetik səbəblərdən müraciət etmisinizsə belə, burunun funksional problemlərinə xüsusi diqqət yetirilir, hətta revizyon əməliyyat üçün paranazal sinus tomoqrafiyası kimi müayinələr tələb olunur; əgər revizyon olunarsa, sizdə mövcud ola bilən lakin bilmədiyiniz burundaxili problemləriniz də aradan qaldırılır.

Sinusit burun sağlamlığında ən çox rast gəlinən problemlərdən biridir. Üzümüzdə burun boşluğunu əhatə edən sahələrdə yerləşən sümüklərdə sinus deyilən hava boşluqları var. Burun sağlamlığı baxımından əhəmiyyətli funksiyaları olan sinuslar; burun boşluğunu ifrazat ilə nəmləndirmək, eyni zamanda nəfəs aldığımız havanı təmizləmək, başın bədəndəki ağırlığını azaltmaq və xaricdən gələn fiziki təsirlərə qarşı qoruyucu divar yaratmaq kimi müxtəlif vəzifələrə malikdir.

Sinuslar: hər iki yanaqda yerləşən maksillar sinuslar, alında yerləşən frontal sinus, ön və arxa bölgələrdə gözlər arasında yerləşən etmoid sinus və burunun ən dərin hissəsində yerləşən sfenoid sinus, sağ və sol tərəfdə dörd olmaqla, cəmi 8 sinus mövcuddur. Sinusit burun boşluğunu əhatə edən daxili qat toxumasının iltihabıdır. Əlamətlərə halsızlıq, tempraturun olması, burundan irinli ifrazatın axması, baş ağrıları aiddir və çox vaxt özünü şiddətli şəkildə göstərir.

Xroniki hala gələn sinusitdə dərman müalicəsi tətbiq edilsə də, son illərdə xeyli inkişaf edən cərrahi müalicə üsullarından da istifadə edilir. Təbii ki, bu üsula üstünlük verəcək xəstələrə ilk növbədə bu sahədə mütəxəssis olan otorinolarinqoloqa müraciət etmələri və məlumat almaları tövsiyə olunur.

Assistent
istiqamətlər