POLİP NƏDİR? - Lor cərrah Lor həkimi Dr. Parviz Aslanov burun emeliyyatı, əməliyyatın aparılma metodikası, əməliyyat sonrası diqqətə alınması vacib, revizion burun estetikasının ən yaxşı həkimi

POLİP NƏDİR?

POLİP NƏDİR?

POLİP NƏDİR?
Xarici görünüş olaraq ayaqcıqlı və ayaqcıqsız bir neçə millimetrdən bir neçə santimetrə qədərdir. Burunda yer alan poliplər əsasən sinus mənşəlidir.

Polip nədən əmələ gəlir?

Poliplərin əmələgəlmə mexanizmi tam olaraq bilinmir. Bu mövzuda müxtəlif nəzəriyyələr irəli sürülməkdədir. Bunlar arasında bakteriyaların yaratdığı allergik reaksiyalar göbələklərin yaratdığı reaksiyalar kimi bir çox faktorları var. Nəticə olaraq burun toxumasında meydana çıxan reaksiya nəticəsində şişkinlik, böyümə və burnun içinə doğru yayılma meydana gəlir və bunlar burun tutqunluğu, qoxualmada pozğunluq, baş ağrısı və burun axıntısı kimi şikayətlərə səbəb olur.

Poliplərin hansı tipləri vardır?

Poliplərin fərqli tipləri vardır. Buradakı poliplər tənəffüs sistemində burun mənşəli poliplərdir. Ən çox rast gəlinən isə hər iki burun boşluğunu və sinusları tutan tipdir. Bununla yanaşı uşaqlıq yaşında tez-tez rast gəlinən antrokoxanal poliplərdir.

Polip sinusit əlaqəsi

Sinusit və nazal poliplər çox vaxt qarışıq salınır. Sinusit sinusların boşalma yerlərinin tıxanması nəticəsində meydana çıxan sinus içində iltihabın yaranması ilə xarakterizə olunan bir xəstəlikdir. Müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərdən biri də poliplərdir. Burun içindəki poliplər sinus boşalma kanallarını tutaraq sinus içində iltihablarına səbəb ola bilər. Bu prosesin görüntüləmə metodları (tomoqrafiya, endoskopik müayinə) ilə açıqlanması gərəklidir. Müalicə yolu da buna görə seçilir.

Poliplərin müalicə metodları hansılardır?

İki müalicə metodu vardır:

1.Medikal müalicə: Medikal müalicədə əsasən antibiotiklər, sprey və damcılar, antihistamin və damar daraldıcıları tətbiq oluna bilər. Burada məqsəd ikincili infeksiyanı düzəltmək, polipin ölçüsünü kiçiltmək və xəstənin burun tənəffüsünü rahatlaşdıraraq yaşam keyfiyyətini artırmaqdır.

2.Cərrahi müalicə: Cərrahi müalicədən sonra daha yaxşı və mütləq nəticələr alına bilər. Bunun üçün poliplər medikal müalicə ilə kiçildikdən sonra cərrahi metodla təmizlənir və kortizon tətbiqi ilə poliplərin yenidən əmələ gəlmə riskini azaldır. Ancaq bütün bunlara baxmayaraq poliplər yenə böyüyə bilər. Bunu əvvəlcədən xəstəyə tam olaraq izah etmək lazımdır.

Cərrahiyyədə metod olaraq nə icra olunur?

-Funksional Endoskopik Sinus Cərrahiyyəsi
Poliplərə yönəlik icra olunan cərrahiyyədə əsas məqsəd poliplərin alınaraq burun passajının açılması, sinusların poliplərdən təmizlənməsi, qapalı hala gəlmiş sinusların xaricə açılaraq infeksiyalardan təmizlənməsi və havalanmasının təmin olunmasıdır. Bu əməliyyatlar günümüzdə endoskopiya adlanan işıq və görüntü təmin edən alətlərlə icra olunur.

Assistent
istiqamətlər