REVİZYON RİNOPLASTİKAYA MÜASİR BAXIŞ
Rinoplastika üz estetik cərrahiyyəsinin ən çətin əməliyyatlarındandır. Burun üzün tam orta hissəsində olduğu üçün əgər düzgün şəkilləndirilməzsə, estetik problemlərlə yanaşı funksional problemlər də əmələ gələ bilər.
Rinoplastika rekonstruktiv bir prosedur olaraq başlamış və 1800-cü illərin sonundan etibarən kiçiltmə əməliyyatı olaraq inkişaf etmişdir. Amerikalı qulaq-burun-boğaz cərrahı Joseph Roe 1887-ci ildə rinoplastikada ilk intranazal yanaşması ilə tanınır.
Burun ucunun yenidən şəkilləndirilməsi skorlama, rezeksiya və transeksiya ilə başlamışdır. Rinoplastikaların sayı artdıqca ikincili deformasiyalar ortaya çıxmışdır. Rinoplastika əməliyyatlarından sonra ən təcrübəli cərrahlarda belə 3-15% halda revizyon əməliyyat ehtiyacı ola bilər.
1970-1980-cı illərdə sekonder deformasiyaları əməliyyat edərkən yeni rinoplastika metodları inkişaf etmişdir.
Normadan artıq burun kiçilməsini düzəltmək üçün dorsal qreftləmə, tip qreftləmə, spreader qreftlərin və digər texniklərin yaranmasında ən çox əməyi olan Jack Sheen-dir.
Rinoplastika ilə məşğul olan cərrahlara təkrar əməliyyat üçün müraciət edən xəstələrin arasında ən çox rast gəlinən problemlər və diaqnozlar aşağıdakılardır:
Pinching və hanging kolumella, “saddle nose” deformasiyası, çapıq toxuması, assimmetrik dorsum rezaksiyası, “open roof” deformasiyası, artırılmış və azaldılmış tip projeksiyonu, bulboz və ya geniş burun ucu, tip assimmetriyası, “Bossae”, “Pollybeak”, eksternal və internal valv kollapsı, burun dəliklərində assimmetriyalar və s.
Məqsəd: Birincili və revizyon rinoplastika əməliyyatlarında texnikaların düzgün istifadəsi və müqayisəsidir
Metod:
154 pasiyent, 120-i ilkin, 34-ü revizyon olmaqla əməliyyat olunmuşdur.
Revizyon rinoplastika ilə maraqlanan pasiyentlərdə psixoloji dəyərləndirmə, anatomik dəyərləndirmə, üz analizi, fizik müayinə, fotoqraf analizi aparıldı.
Revizyon rinoplastikada ən sıx istifadə olunan yanaşma açıq rinoplastika üsulu ilə əməliyyatları icra etdik.
Dəri və yumşaq toxumaların elevasiyası qan dəstəyinin daha çox kəsilməməsi üçün, əvvəlki əməliyyat zamanı yerləşdirilən qreftləri və ya düzənsizlikləri təxmin edərək qığırdağa çox yaxın icra olundu.
Revizyon rinoplastikada lazım olan hallarda otogen qığırdaq və Eren Taştanın təklif etdiyi “Oblique Split Method” ilə doğranmış 6-7-ci qabırğadan alınan qreftlərdən istifadə olundu.
Normadan artıq incə dəri və güclü qığırdaq kombinasiyası ilə qarşılaşdıqda dərialtı toxumanı fassiya, perixondium və ya əzilmiş qığırdaq qreftləri ilə qalınlaşdırmaq yaxşı nəticə verdi. Cərrahi yolla tam düzəlmə imkanı olmayan əyri burunlar spreader və ya xarici burun divar qreftləri ilə hamarlaşdırıldı.
Güclü raspator ilə qığırdağın kənarı ilə və kiçik kəsikdən girilərək yumşaq toxumalara zərər vermədən sümüyü düzləşdirə bildik. Orta kəmər kollapsı (Tərs “V” deformasiyası) burun iki kəsik ya açıq üsulla ikitərəfli spreader qreft yerləşdirərək düzəldildi.
Sefalik alar dartma olan burunlarda kompozit qulaq qrefti istifadə edildi.
Nəticələr:
Retrospektiv məlumat analizindən istifadə olunaraq bu 2 qrupun göstəriciləri əməliyyat daxili texnikalar və əməliyyat sonrakı nəticələrdəki fərqlər dəyərləndirilmişdir.
Bir çox pasiyent revizyon əməliyyatı estetik səbəbdən istəməsinə baxmayaraq onların 80 faizində həm funksional həmdə estetik problemlər birlikdə müşahidə olunmuşdur.
Revizyon əməliyyatlarda bir çox mürəkkəb rekonstruksiyon texnikalar istifadə olunmuşdur.
Növbəti revizyona ehtiyacın yaranma halları ilkin əməliyyatlarla müqayisədə revizyon əməliyyatlarda daha çox qarşımıza çıxdı.(ilkin rinoplastikada 8.6 faiz, revizyon cərrahiyyədə 18.5 faiz; p=0.005).
Yekun:
Cərrahlar ilkin ve revizyon əməliyyatlar arasındakı fərqə diqqət yetirməlidirlər.
Pasiyentə təkrar əməliyyatın çətinliyi, çoxsaylı qreftlərə ehtiyacın yaranacağı və bəzən ürəkaçan nəticənin olmayacağı ilə bağlı öncədən məlumat verilməlidir.