ESTETİK BURUN ƏMƏLİYYATI NƏDİR?
Burun üz skeletinin ən vacib hissəsidir. Burunun estetik əməliyyatı üz skeletini xüsusi mənada dəyişərək daha gözəl görünməsinı hədəfləməkdir.
Estetik burun əməliyyatı insanın üz,dəri,qığırdaq və burun anatomiyasına görə planlaşdırılır və hədəf burun skeleti ilə ətraf toxumaları yenidən şəkilləndirərək insanın üzünə uyğun hala gətirməkdir. Heç bir burun bir-birinə bənzəmir, qısaca olaraq, edilən işlər də bir-birindən fərqli olur.
Burun estetikası etdirən şəxsə kosmetik tərəfdən yardım etməklə bərabər burnun normal funksiyasını qorumaq da cox vacibdir. Çünki burnun tənəffüs sistemində önəmli olan nəfəsalma funksiyasını pozmamaq vacib şərtdir. Bu səbəbdən də rinoplastika həkimin nəzəri biliyi, bacarığı və təcrübəsi ilə bağlı estetik əməliyyatdır.
Əməliyyat mühiti:
Burun estetik əməliyyatı mütləq xəstəxana mühitində lokal ya da ümumi anesteziya ilə edilir. Sümük inkişaf yaşını tamamlamış və əlavə xəstəliyi olmayan hərkəsə rinoplastika əməliyyatı icra edilə bilir.
Yaş həddi qızlarda 16-17, oğlanlarda 17-18-dir. Əməliyyat zamanı ediləcək texnikaya görə təxmini vaxt 2-4 saata qədərdir. Rinoplastika əməliyyatı müasir dövrdə 12 texniki üsulla icra edilir. Əməliyyatın hansı texnika ilə ediləcəyi xəstə və cərrah ünsiyyəti ilə və cərrahın burunun formasına görə etdiyi seçimi ilə bağlıdır.
Əməliyyatdan sonra burun içinə silikon splint qoyulmaya bilər, tamponun vacib olduğu mərhələlərdə də xəstənin rahat nəfəs ala biləcəyi silikonlardan istifadə edilir. Beləcə, xəstə əməliyyatdan sonra nəfəs almaqda çətinlik çəkmir.
Əməliyyatdan əvvəl xəstənin istəklərini bilməyin həkim üçün çox faydası vardır.
Əməliyyatdan əvvəl:
Əməliyyatınızı edəcək həkiminizlə görüşməzdən əvvəl özünüzü bu əməliyyata istiqamətləndirən bütün şikayətlərinizi bilməyiniz çox vacibdir.
Estetik olaraq düzəldilməsi istədiyiniz problemlərin burundan nəfəs almağınızda problem olub-olmadığını, burun axıntısı və baş ağrısı şikayətlərinizi təyin etməyiniz bu əməliyyat zamanı burun bölgəsindəki digər problemlərinizin həll edilməsində kömək olacaqdır
Burun formanızla bağlı olaraq öz təyin etdiyiniz problemləri və edilməsi istədiyiniz dəyişiklikləri həkiminizlə mütləq müzakirə etməyiniz lazımdır. Əməliyyatdan gözlədiyiniz burun forması sizin üz formanız ilə uyğun olub-olmadığı, eyni zamanda hansı cərrahi texnikalarla ola biləcəyi həkiminiz tərəfindən dəqiq olaraq bildirilməlidir. Əməliyyatdan sonra gözləmədiyimiz nəticənin qarşısını almaq üçün bu müzakirənin yetərincə olması və əməliyyatınızı edəcək həkiminiz ilə edilməsi planlaşdırılan dəyişikliklər mövzusunda qarşılıqlı razılaşma əldə etməyiniz ilə mümkün olacaqdır.
Əməliyyatdan sonra gips və sarğılarınızın açıldığı dövrdə ilk dəfə görəcəyiniz burun son nəticə olmayacaq, toxumalardakı şişin çəkilməsi və son hala gəlməsi istifadə edilən əməliyyat texnikasına, burun dərinizin quruluşu və əməliyyat zamanı istifadə edilən qreftlərin (buruna əlavə edilən sümük, qığırdaq kimi toxumalar) növə və miqdarına görə ilk 2-3 ayda daha sürətli olmaq üzrə, təxminən 6-12 ay çəkəcəkdir.
Pasiyentlərin bizə ünvanladığı ən çox soruşulan suallardan biri “Əməliyyatın qiyməti neçəyədir?” sualıdır. Qeyd edim ki, pasiyenti müayinə etmədən bu suala cavab verməyə çətinlik çəkirik. Bizə rinoplastika əməliyyatı üçün müraciət edən bütün pasiyentləri əvvəlcə burundaxili orqanlarını endoskop vasitəsilə müayinə edirik, burun çəpərində əyrilik, aşağı burun balıqqulaqlarında hipertrofiya, adenoid, burun polipləri, sinusit, konka bulloza və s. kimi problemlərin olub-olmadığını müəyyən edirik. Bildiyiniz kimi burunun nəfəsalma, qoxubilmə, rezenator və s. kimi önəmli funksiyaları vardır. Onların qorunması və ya problem varsa, əməliyyat zamanı bərpa edilməsi çox vacibdir. Bundan sonra pasiyentlərin bütün profillərdən fotoları çəkilir və əməliyyat olunacaq yeni burun forması üçün pasiyentin istəyinə, doktorun ona verə biləcəklərinə və cərrahiyənin imkanlarına uyğun olaraq Photoshop edilir. Təxminən 12 növ rinoplastika texniki üsulu vardır. Hansı üsulun seçiləcəyi pasiyentin istəyi, burunda olan problemlər və cərrahiyənin imkanları ilə əlaqədardır.
Beləliklə, burun daxili patalogiyalar, qalın dərili burunlar, əyri burunlar, revizyon əməliyyatlar, üz asimmetriyaları kimi burun problemlemləri ilə yanaşı anesteziyanın müddəti, əməliyyat olunacağınız klinika, istifadə olunan cihazlar, keyfiyyətli tibbi ləvazimatlar və s. əməliyyatın qiymətinə təsir edəcək faktorlardan bəziləridir. Bütün bunları nəzərə alaraq “Əməliyyatın qiyməti neçəyədir?” sualına pasiyent müayinə olunduqdan sonrakı ilk görüşdə cavab verilməsi daha doğrudur.